Vahid Əhmədov: "Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm"
Xəbərlər
17 Noyabr 2022 19:30

"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi "dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil" fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik".
Avtosfer.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir:
"Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq ölkədə 1 milyon 228 min pensiyaçı var idisə hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir".
Oxunub : 1296
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












