Azərbaycanda sərnişindaşıma 37 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6 % və 37,4 % çox olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 10 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 176,7 milyon ton yük daşıyıb. Yüklərin 57 %-i avtomobil nəqliyyatı, 30,5 %-i isə boru kəməri, 8,7 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i hava ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,4 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78 % təşkil edib.
Hesabat dövründə nəqliyyatçılar 1 318,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,9 %-i avtomobil, 12,7 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












