Sürət qatarının keçdiyi ərazidə təhlükəsizlik təmin edildi, avtomobil keçidi ləğv olundu - FOTO

Kürdəmir rayonunun mərkəzi bazarının girişlərindən birinin ləğv edilməsi ərazidə uzun tıxaclara səbəb olub.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna rayon sakinləri məlumat veriblər.
Əvvəllər bazara iki istiqamətdən giriş-çıxışın olduğunu bildirən sakinlər deyiblər ki, həmin dövrdə ərazidə nəqliyyat vasitələrinin hərəkətində heç bir tıxac müşahidə olunmayıb. Amma sonradan dəmir yolu xəttinin üzərindən keçən alternativ avtomobil yolu ləğv edildiyindən bazara yalnız bir giriş-çıxış saxlanılıb. Bununla da ticarət mərkəzinin yeganə girişi və ətraf ərazilər tıxacın mərkəzinə çevrilib. Buna görə də uzun illərdir bazara alış-verişə gedən sakinlər tıxaclar əlindən boğaza yığıldıqlarını söyləyiblər.
Sakinlərin sözlərinə görə, daha çox tıxacların yaranmasına iri və kiçiktutumlu nəqliyyat vasitələrinin eyni yerdən hərəkət etməsi səbəb olur, bu isə sürücülərin saatlarla tıxaclarda gözləməsinə gətirib çıxarır. Onlar bildirib ki, əvvəllər iritutumlu və ağırtonnajlı yük maşınları yalnız dəmir yolu üzərində yerləşən alternativ keçiddən istifadə edib, digər keçid isə yalnız minik avtomobillərinin və piyadaların giriş-çıxışı üçün nəzərdə tutulub. Amma hazırda yalnız bir giriş-çıxışın mövcud olması hərəkəti çətinləşdirib. Bundan əlavə, ərazidə pambıq məntəqəsinə gələn traktor və digər texnikalar saatlarla gözləməyə məcbur olurlar.
“Düşünürük ki, tıxacların aradan qaldırılması çox sadədir. Ləğv edilən keçidi yenidən bərpa etməklə bütün tıxaclardan yaxa qurtarmaq mümkündür. Amma hazırda elə bir vəziyyət yaranıb ki, bura nəinki minik və yük avtomobilləri, hətta piyadalar üçün də hərəkəti çətinləşdirən keçid məntəqəsinə çevrilib. Ona görə də hesab edirik ki, əgər əvvəlki giriş-çıxış açılsa, problemlərin böyük əksəriyyəti öz həllini tapmış olacaq”, - sakinlər bildiriblər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Kürdəmir stansiyasından saatda 140 km/sürətlə hərəkət edən Bakı-Gəncə qatarı keçir:
“Bu tip qatarların hərəkət etdiyi marşrut üzrə müxtəlif növ keçidlərin sayının çoxluğu dəmir yolunun təhlükəsizlik qaydalarına ziddir. Bundan başqa, vətəndaşların müraciəti nəzərə alınaraq gələcəkdə həmin ərazidə yeraltı tunelin tikintisi nəzərə alına bilər”.
Qeyd edək ki, hazırda Kürdəmir rayonunda 3 bazar mövcuddur. Tıxaclarla üzləşən bu ticarət mərkəzi isə rayonun ən böyük bazarıdır və bu yoldan hər gün minlərlə insan, yüzlərlə avtomobil hərəkət edir. Bundan əlavə, bazar yolunun üzərində pambıq tədarükü məntəqəsi, şadlıq sarayı və böyük anbarların yerləşməsi hər gün tıxacların mənfi təsirinə məruz qalır.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










