Azərbaycanda yuk və sərnişin daşımaları artır

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6% və 37,4% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 176,7 mln. ton yük daşınıb.
“Yüklərin 3,6%-i dəniz, 8,7%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 30,5%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.
Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78% təşkil edib.
“2022-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1318,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,9%-i avtomobil nəqliyyatı, 12,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - məlumatda vurğulanır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












