Azərbaycandan Rusiyaya keçməyə cəhd edən Pakistan vətəndaşları saxlanılıb

Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











