Azərbaycanın baş prokuroru Rusiyada səfərdədir - FOTO

Dekabrın 8-də Rusiyanın baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumlararası əlaqələrin möhkəmləndirilməsi və regionda təhlükəsizliyə artan təhdidlərin qarşısının alınması üçün birgə səylərin əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Moskva şəhərinə səfər edib.
Bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
İqor Krasnov dəvətini qəbul etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edərək, qurumlararası münasibətlərin yüksək səviyyədə olduğunu və bunda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev dəvətə görə təşəkkürünü ifadə edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Həmçinin görüş zamanı cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq












