Banner

Salyanda evə düşən ildırım yanğına səbəb olub

Xəbərlər 25 Oktyabr 2026 12:07
Salyanda evə düşən ildırım yanğına səbəb olub
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb, nəticədə yanğın baş verib.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb.

Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb, evə və əşyalara ciddi ziyan dəyib.

Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi ilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

FOTO QALEREYA
Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh