Azərbaycanın qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe təqdim edilib

Azərbaycanın regionda və qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe təqdim edilib.
Avtosfer.az xəbər verir ki, bu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçı və ekspertlərinin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda konfransda qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransın davamı Bakı Limanında təşkil olunub.
Konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri, tanınmış diplomatlar, müxtəlif universitetlərin professorları iştirak edib.
Bakı Limanında konfrans iştirakçılarını Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Bakı Limanının Baş direktoru Taleh Ziyadov və ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitunun direktoru Fariz İsmayılzadə salamlayıb.
Görüş zamanı qonaqlara Azərbaycanın regionda və qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe, ölkə üzərindən keçən beynəlxalq marşrutlar, o cümlədən Bakı Limanın regional əlaqələrin qurulmasında intensiv artan rolu haqqında ətraflı məlumat verilib və interaktiv müzakirələr aparılıb. Həmçinin görüş, iştirakçılara, Orta Dəhlizin qlobal səviyyədə artan nüfuzu və regionda əsas nəqliyyat marşrutu olması, dəhlizin qlobal səviyyədə iqtisadiyyatın və təhlükəsizliyin gücləndirilməsindəki rolu barədə əhəmiyyətli məlumatların öyrənilməsinə imkanlar yaradıb. (report)
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











