“Azərpoçt”un xalis mənfəəti 9 faizdən çox azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2024-cü ili 5,033 milyon manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci illə müqayisədə 9,3 % azdır.
Ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 22,81 milyon manat (əvvəlki ilə nisbətən 0,7 % çox), maliyyə xidmətlərindən gəlirləri 14,523 milyon manat (1,7 % az), digər xidmətlərdən gəlirləri 12,237 milyon manat (27,2 % çox), əməliyyat xərcləri 38,643 milyon manat (26,1 % çox), ümumi və inzibati xərcləri 27,37 milyon manat (2,9 % çox), köhnəlmə və amortizasiya xərcləri 5,03 milyon manat (14,5 % çox), digər əməliyyat gəlirləri 1,291 milyon manat (30 % çox), investisiya qiymətli kağızlarından gəlirləri 22,965 milyon manat (3,3 % çox), əks repo müqavilələri üzrə faiz gəlirləri 408 min manat (3,8 dəfə az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin geri qaytarılması üzrə gəliri 2,67 milyon manat (əvvəlki il zərər olub), cari hesab üzrə faiz gəlirləri 4,72 milyon manat (2,5 dəfə çox), maliyyə xərcləri 4,436 milyon manat (8,5 dəfə çox), icarə müqavilələrinin ləğv edilməsindən gəlirləri 1 min manat (3,3 dəfə az), əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərəri 8 min manat (2,7 dəfə çox), xarici valyuta mübadiləsi üzrə zərəri 157 min manat (49,5 % çox), mənfəət vergisi ödəmələri isə 949 min manat (3,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 773,53 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30 % artaraq 711,578 milyon manata, balans kapitalı isə 8,8 % artaraq 61,952 milyon manata çatıb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










