“Baba, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur...” - VİDEO

AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında siyasətə dair hazırladığı materiallar geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, AzTV-nin rəhbəri Rövşən Məmmədovun təqdimatında yayımlanan proqramda növbəti dəfə İran İslam Respublikasının apardığı siyasət sərt şəkildə tənqid edilib.
Qeyd olunub ki, İran bu gün də Ermənistanı dəstəkləyir, yerli telekanallar vasitəsilə Azərbaycana açıq-aşkar hədələr yağdırır.
“Bir də yaddan çıxartma ki, bu millətin qəlbində, ruhunda, beynində hələ 19-cü əsrdən qalma yara var – Gülüstan, Türkmənçay yaraları. Torpağımızı, millətimizi ikiyə bölən, qardaşı-qardaşdan ayrı salan yara. O yara bu gün də incidir, bu gün də ağrıdır və ağladır. Amma dözürük. İki əsrdir dözürük. Regionda sülh, təhlükəsizlik, əmin-amanlıq üçün dözürük. Biz dözürük, amma sən? Bütün bunlar azmış kimi, İranın bu gün də Azərbaycanın üstünə gəlməyi, Azərbaycanla düşmənçilik aparmağı həm gülüş, həm də acı təəssüf doğurur”, - deyə materialda bildirilib.
Rövşən Məmmədov İran haqda fikirlərinə belə davam edib: “Azərbaycan qəbir qazır, amma özünə yox, düşmənlərinə. Əgər sən də bu siyahıya düşmək istəyirsənsə, seçim özünündür. Amma baba, bir şeyi yaddan çıxarma ki, Azərbaycanın qazdığı qəbirlər çox dərin olur. Və biz qəbir qazmaqda peşəkarlığımızı sənin kimi cizgi filmlərinə bənzəyən görüntülərlə, yaxud elə İran televiziyalarının səviyyəsini göstərən videoçarxlarla yox, real nümunələrlə-döyüş meydanında sübut etmişik...”
“Qafqazinfo”
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA










