Badamdarda sürüşmə sahəsindən keçən yol bağlandı - FOTO

Badamdar qəsəbəsində sürüşmə sahəsindən keçən yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Avtosfer.az xəbər verir ki, Badamdar - 20-ci Sahə yolunun bağlanmasına səbəb sürüşmə zonasında təmir işlərinin aparılmasıdır.
Hazırda yaponiyalı və yerli mütəxəssislərin layihələri əsasında sürüşmə sahəsindəki yeraltı suların kənarlaşdırılması və bərkitmə işləri aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, təmir işləri yekunlaşana qədər yol bütün növ nəqliyyat vasitələrin hərəkəti üçün bağlı olacaq.
“Ərazidə müxtəlif texnikaların vasitəsilə təmir işləri aparılır. Hazırda təhlükəsizlik tədbirləri ilə əlaqədar qeyd olunan yolda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bununla bağlı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Aparılan işlər yekunlaşdıqdan sonra, təhlükəsizlik tədbirlərinə nəzarət edən müvafiq qurumların rəyi əsasında yol tam istismara veriləcək”, - deyə Araz Əsgərli əlavə edib.
Qeyd edək ki, ötən il ağır yük maşınları və marşrut avtobusları istisna olmaqla digər nəqliyyat vasitələrinin Badamdar - 20-ci Sahə yolu ilə hərəkətinə icazə verilmişdi.
apa
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












