“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTO

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün 4-cü “YAŞAT” yay düşərgəsi təşkil olunub. “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən layihə ümumilikdə 500-dən çox şəhid övladını əhatə edir.
Avtosfer.az xəbər verir ki, düşərgədə “Bakcell” tərəfindən Azərbaycanın milli qüruru olan şəhid övladlarına “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçirilib. Təlimin məqsədi uşaqlara süni intellektin gündəlik həyatda necə tətbiq olunduğunu göstərmək və onları texnoloji yeniliklərlə tanış etmək olub. Tədbir zamanı praktiki nümunələr, öyrədici oyunlar vasitəsilə iştirakçılara süni intellektin iş prinsipi sadə və maraqlı şəkildə izah olunub. İnteraktiv formada təşkil olunan təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir. Şirkət gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA


















