Banner

Borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq pulunu ödədi - Polis saxladı

Hadisə 28 Noyabr 2026 19:58
Borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq pulunu ödədi - Polis saxladı
WhatsApp kanalımıza abunə olun

Bakının Nərimanov rayonunda borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq əldə etdiyi pulla borcunu qaytaran şəxs saxlanılıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, hadisə polis əməkdaşlarının velosiped oğurluğu ilə bağlı apardıqları araşdırma zamanı üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh