Dekabrla bağlı XƏBƏRDARLIQ: 5 GÜN...

2026-cı ilin son ayında Günəş aktivliyi və onun Yerə təsiri yenidən diqqət mərkəzində olacaq. Dekabrda bir neçə tarixdə geomaqnit aktivliyin artacağı, bəzi günlərdə isə zəif maqnit qasırğalarının baş verə biləcəyi proqnozlaşdırılır.
Avtosfer.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) ilkin proqnozuna əsasən, dekabrın ilk günlərində geomaqnit aktivlik müşahidə oluna bilər.
Proqnozda dekabrın 4-də G1 səviyyəli zəif maqnit qasırğası ehtimalı göstərilir. Dekabrın 5-də geomaqnit aktivliyin davam etməsi, ayın 6-da isə müəyyən qeyri-sabitliyin müşahidə olunması mümkündür. Dekabrın 15-16-da da Günəş aktivliyinin Yerə təsirinin artacağı ehtimal edilir.
NOAA-nın məlumatına görə, dekabrın 16-da da geomaqnit aktivliyin artması gözlənilir. İlkin proqnozda digər günlərdə isə əsasən sakit şəraitin üstünlük təşkil edəcəyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, maqnit qasırğalarının təsiri ilə bağlı fərdi həssaslıq dəyişir. Bununla belə, geomaqnit aktivliyin hər kəsdə baş ağrısı, təzyiq dəyişikliyi və ya halsızlıq yaratdığı elmi cəhətdən təsdiqlənməyib. Sağlamlıqla bağlı şikayətlər olduqda onları yalnız Günəş aktivliyi ilə əlaqələndirmək düzgün deyil.
Qeyd edək ki, NOAA-nın 27 günlük proqnozu yenilənir. Buna görə də dekabrın ikinci yarısına aid tarixlər yaxınlaşdıqca dəqiqləşdiriləcək./sfera.az
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB











