Yükdaşıma ilə məşğul olan bir sıra şəxslərə vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin 50 faizi üç il müddətinə vergidən azad ediləcək.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 50 faizi 2027-ci il yanvarın 1-dən etibarən üç il müddətində gəlir vergisindən azad ediləcək.
Bundan başqa, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi də eyni tarixdən üç il müddətinə mənfəət vergisindən azad olunacaq.
Bununla yanaşı, 2027-ci il fevralın 1-dən üç il müddətinə müəyyən edilmiş siyahıya daxil olan, istehsal tarixindən yeddi ildən artıq müddət keçməyən və atmosferə atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən dartıcıların idxalı ƏDV-dən azad ediləcək.
Həmçinin istehsal tarixindən yeddi ildən artıq müddət keçməyən qoşqu və yarımqoşquların idxalına da üç il müddətinə ƏDV güzəşti tətbiq olunacaq.
Eyni zamanda, “Gömrük tarifi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, istehsal tarixindən yeddi ildən artıq müddət keçməyən və müvafiq siyahıya daxil edilən qoşqu və yarımqoşquların idxalı 2027-ci il fevralın 1-dən üç il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR












