Banner

Sükan arxasında olmaq ürəyə əlavə yük yaradır – ARAŞDIRMA

Avtodünya 28 Noyabr 2026 19:44
Sükan arxasında olmaq ürəyə əlavə yük yaradır – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Avtomobil idarə etmək zahirən rahat fəaliyyət kimi görünsə də, əslində ürəyə əlavə yük yarada bilər. Yeni araşdırma sükan arxasında olarkən ürək döyüntülərinin artdığını və bunun uzunmüddətli təsirlərinin ola biləcəyini üzə çıxarıb.

Avtosfer.az xəbər verir ki, ABŞ-nin Hyuston Universitetinin alimlərinin apardığı və npj Digital Public Health jurnalında dərc olunan araşdırmaya görə, insan avtomobildə hərəkətsiz otursa da, beyin yoldakı vəziyyəti daim təhlil edir, qərarlar verir və mümkün təhlükələrə reaksiya verməyə hazır olur. Bu zehni gərginlik ürək döyüntülərinə də təsir göstərir.

Tədqiqat çərçivəsində Texasda yaşayan 57 nəfər bir həftə ərzində “Apple Watch” və smartfonlar vasitəsilə izlənilib. Təxminən 180 min dəqiqəlik məlumat təhlil edilib.

Nəticələrə əsasən, iştirakçılar evdə və ya ofisdə oturarkən vaxtın 81 faizində ürək döyüntüləri istirahət səviyyəsindən yüksək olub. Avtomobil idarə edərkən isə bu göstərici 94 faizə yüksəlib.

Araşdırmanın müəlliflərindən professor İoannis Pavlidis bildirib ki, insanın bədəni oturaq vəziyyətdə olsa da, beyni daim qərarlar qəbul edir və mümkün təhlükələrə reaksiya verməyə hazır olur.

Fiziki məşq zamanı ürək döyüntülərinin artması əzələlərə oksigen daşınmasını təmin edir və ürək-damar sistemini gücləndirir. Lakin sükan arxasında ürək döyüntülərinin artması idmandakı kimi fayda vermir, əksinə, orqanizmə əlavə yük yarada bilər.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh