Lex Kaçinskinin təyyarəsi niyə qəzaya uğrayıb?

Polşanın Baş Prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında ölkənin keçmiş prezidenti Lex Kaçinskinin həlak olduğu təyyarə qəzası ilə bağlı istintaqın başa çatdığını açıqlayıb.
Avtosfer.az bildirir ki, "Polsat" telekanalının prokurorluğun mətbuat katibi Pşemıslav Novakaya istinadən verdiyi məlumata görə, qəzanın səbəbi eniş zamanı baş verən texniki səhv olub.
Polşa hüquq-mühafizə orqanları hesab edirlər ki, "Tu-154M" təyyarəsinin ekipajı eniş zamanı təyyarənin hündürlüyü barədə yanlış məlumata malik olub. Novakın sözlərinə görə, eniş zamanı hava gəmisinin cihazları faktiki hündürlükdən təxminən 150 metr yüksək göstərici verib. Buna görə də təyyarə enişə çox gec başlayıb.
Polşa Baş Prokurorluğunun iddiasına görə, texniki nasazlıq aviaqəzanın əsas səbəbi olub. Belə ki, enişin vaxtında başlamaması səbəbindən pilotlar uçuş-enmə zolağını aşkar edə bilməyiblər və sıx duman şəraitində məcburi eniş etməyə çalışıblar.
Qeyd edək ki, Smolensk yaxınlığında aviaqəza 2010-cu il aprelin 10-da baş verib. Polşa hökumətinə məxsus "Tu-154M" təyyarəsinin qəzaya uğraması nəticəsində Lex Kaçinski, həyat yoldaşı Mariya və təyyarədə olan daha 94 nəfər həlak olub. Nümayəndə heyəti Katın şəhərində keçiriləcək anım mərasiminə gedirdi.
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO











