Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı qismində çıxış edib.
Avtosfer.az xəbər verir ki, Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.
Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.
Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.





Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












