Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTO

Bakcell “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib.
Avtosfer.az xəbər verir ki, festival ölkənin müxtəlif regionlarından 2000-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməsi və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Gün ərzində iştirakçılar üçün idman və komanda yarışları, VR təcrübələri, masaüstü oyunlar, yaradıcılıq fəaliyyətləri və konsert proqramı təşkil olunub.
Bakcell festival çərçivəsində xüsusi brend zonası ilə təmsil olunub. Bu zonada gənclər müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, həmçinin Bakcell-in müasir rəqəmsal həlləri və xidmətləri barədə ətraflı məlumat əldə ediblər. Festival boyunca Bakcell brendi gənclərlə birbaşa ünsiyyət quraraq onların rəqəmsal təcrübəsini daha da zənginləşdirən fəaliyyətlərlə çıxış edib.
Bakcell gənclərin inkişafına, innovativ düşüncənin təşviqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir..jpg)
.jpg)
.jpg)
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












