“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTOLAR

İnnovasiya lideri “Bakcell” 23 aprel – Beynəlxalq İKT-də Qızlar Günü münasibətilə gənc qızların texnologiya sahəsinə marağını artırmağa yönəlmiş xüsusi tədbir təşkil edib.
Tədbir “Bakcell” və “Peerstack Academy”nin birgə layihəsi olan “Tech Builders” çərçivəsində baş tutub.
Tədbirdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək şirkətin süni intellekt və innovasiya istiqamətində həyata keçirdiyi təşəbbüslərdən, eləcə də gənclər üçün yaratdığı inkişaf imkanlarından bəhs edib. O bildirib ki, texnologiya sahəsində gender balansının gücləndirilməsi və qızların bu istiqamətdə aktiv iştirakının təşviqi Bakcell üçün prioritetlər sırasındadır.
Proqram çərçivəsində Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi ilə interaktiv müzakirə sessiyası keçirilib. Sessiyada texnologiyaların sürətlə dəyişən mühiti, müxtəlif sahələrə təsiri və karyera inkişafı mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar üçün süni intellekt, innovasiya və müasir texnologiyalar mövzusunda praktiki təlimlər təşkil olunub. Sessiyada süni intellekt trendləri, effektiv “prompt”ların hazırlanması prinsipləri və real tətbiq nümunələri izah edilərək iştirakçıların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları inkişaf etdirilib.
“Bakcell”in tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində “Peerstack Academy”də təhsil alan tələbələrin sayı artmaqdadır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üzrə 250 nəfərin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Tədris müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki biliklər qazanır, real layihələr üzərində işləyərək peşəkar portfoliolarını formalaşdırırlar.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










