Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən

İnnovasiya lideri Bakcell abunəçiləri üçün “Singit” xidmətinə çıxış imkanı yaradır.
Avtosfer.az xəbər verir ki, xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir.
“Singit” tətbiqi istifadəçilərə sevdikləri mahnılar üzərindən dinləmə və tələffüz bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Tətbiqdə təqdim olunan süni intellekt funksiyası isə danışıq bacarıqlarının praktik şəkildə inkişafına dəstək verir.
Bununla yanaşı, istifadəçilər sözlərin Azərbaycan dilinə tərcüməsini birbaşa tətbiq daxilində əldə edərək öyrənmə prosesini daha rahat və ardıcıl şəkildə davam etdirə bilirlər.
Xidməti Bakcell tətbiqi üzərindən və ya “singit” sözünü 4142 qısa nömrəsinə göndərməklə aktivləşdirmək mümkündür. Qeydiyyatdan sonra istifadəçiyə tətbiqi yükləmək üçün keçid təqdim olunur və abunəlik həmin andan etibarən aktivləşir. Ətraflı məlumat üçün *4142# yığmaq mümkündür.
“Singit” xidməti ilk 30 gün ərzində pulsuz təqdim olunur. Daha sonra xidmət aylıq 5 AZN (30 gün) abunə haqqı ilə davam edir və ödəniş istifadəçinin qoşulduğu tarixə uyğun olaraq hər ay avtomatik şəkildə balansdan çıxılır.
Bakcell tərəfdaşlıqlar çərçivəsində abunəçilərinə müxtəlif rəqəmsal xidmətlərə rahat çıxış imkanı təqdim edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












