Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci “YAŞAT” düşərgəsinə start verilib.
Avtosfer.az xəbər verir ki, Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə davam edir. Lənkəran şəhərində təşkil olunan layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. Yeddi həftə davam edəcək düşərgə proqramı uşaqların asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və sosial bacarıqlarının gücləndirilməsi məqsədilə hazırlanıb.
İştirakçılar üçün müxtəlif əyləncə proqramları, maarifləndirici təlimlər, teatr tamaşaları, ekskursiyalar, peşəkar mütəxəssislərlə görüşlər və konsert proqramları təşkil olunur.
Bakcell-in dəstəyi ilə düşərgənin ikinci günü iştirakçılar üçün süni intellekt və innovasiya mövzularına həsr olunmuş təlim keçirilib. Təlim çərçivəsində uşaqlar müasir texnologiyaların gündəlik həyata təsiri, süni intellektin tətbiq sahələri və gələcəyin peşələri barədə məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiya iştirakçıların rəqəmsal biliklərinin və innovativ düşüncə bacarıqlarının inkişafına töhfə verib.
Bakcell sosial məsuliyyət fəaliyyətləri çərçivəsində gənc nəslin inkişafına və cəmiyyətə dəyər yaradan təşəbbüslərə dəstəyini davam etdirir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO















