Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTOLAR

Bakcell və Peerstack Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən “SummerStack Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə tanış olublar.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “SummerStack Bootcamp” proqramı iştirakçılara proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna hazırlayır.
Qeyd edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri olan “Java” və “Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və layihə əsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
Bakcell innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir.
Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.




Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












