"Bakcell" media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR

İnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən “İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.
Avtosfer.az xəbər verir kİ, tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: “Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq,” – deyə Klaus Müller qeyd edib.
Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bakcell-in marketinq direktoru Elxan Sadıqzadə, Qarabağ Universitetinin elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və əməkdar jurnalist, ASAN Radio və ASAN TV-nin direktoru Emin Musavi iştirak ediblər.
Paneldə “İnnovasiyaların Qarabağda tətbiqi və mediada innovasiyaların rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Qarabağda innovativ yanaşmaların tətbiqi, regionun sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti, süni intellektin biznes, media və cəmiyyətə təsiri təqdim olunub. Həmçinin, rəqəmsal transformasiyanın potensialı və Qarabağ üçün perspektiv innovativ həllər diqqət mərkəzində olub.
Səfərin ikinci günü “Süni intellekt və innovasiya” mövzusunda təlim və vörkşopla davam edib. Sessiya zamanı media mühitində süni intellektin tətbiqi, yaradıcı sənayelərdə rəqəmsal trendlər və innovativ yanaşmalar müzakirə olunub.
Səfərin sonunda iştirakçılar Şuşa və Xankəndinin əsas tarixi məkanlarını ziyarət edərək, şəhərlərin müasir inkişaf tempi və unikal atmosferi ilə yaxından tanış olublar.
Bakcell-in Qarabağa bu səfəri şirkətin innovasiyaya və milli inkişaf dəyərlərinə əsaslanan strateji yanaşmasının göstəricisidir. Bu təşəbbüs Azərbaycanın innovasiya ekosisteminin inkişafı istiqamətində atılan növbəti addımdır.







Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












