"Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

İnnovasiya lideri “Bakcell” müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə “SİMA” texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib.
Avtosfer.az xəbər verir ki, yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası “SİMA” tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur.
“SİMA” üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır.
“Bakcell” müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI











