Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI

Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir nəfər saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 24 yaşlı Nigar Dadaşova (şərti adla) gecəyarı sosial şəbəkədə açdığı canlı yayımda nalayiq ifadələr işlədib.
Bununla da o, ictimai mənəviyyəti təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib. Bundan əlavə, ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşıb irad bildirəndə qanuni tələbə əvvəlcə tabe olmayıb.
O, sərxoş halda olduğu üçün işlədiyi kafedə nalayiq ifadələr işlədərək ictimai asayişi və gecə saatlarında insanların istirahət hüququnu pozub.
Fakta görə Nigar saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (nternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
N. Dadaşova bildirib ki, hazırda rəsmi nikahlı olsa da, ərindən ayrı yaşayır.
Bu evlilikdən iki övladı var. Övladlarına uşağın atası və özünün anası baxır. Hazırda günorta saat 16-dan gecəyarı saat 4-dək kafedə ofisiant işləyir. Hadisə olan gün xeyli spirtli içki pivə içib. Sərxoş halda canlı yayım açıb və kafedə kişi müştəri ilə mübahisə edərkən nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə Nigar Dadaşova 500 manat məbləğində inzibati qaydada cərimələnib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












