Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub - VİDEO

Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.
Qeyd olunub ki, sözügedən şəxs 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxsdir.
"Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür", - məlumatda bildirilib.
Vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO










