“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak etdi - FOTO

“Bakcell”in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən “PwC illik CEO sorğusu”nda iştirak edib.
Avtosfer.az xəbər verir ki, “PwC Azərbaycan” nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
"İnnovasiya və süni intellekt “Bakcell”in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik”, - deyə Müller bildirib.
“PwC Qlobal” tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












