Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

Yay mövsümündə xaricə səyahət edənlərin sayının artdığı bir dövrdə Bakcell abunəçilərinə dünyanın müxtəlif ölkələrində rahat və fasiləsiz ünsiyyət imkanı yaradan rouminq xidmətlərini təqdim edir.
Avtosfer.az xəbər verir ki, səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir.
Səfərdən əvvəl istifadəçilər Bakcell-in rəsmi saytında və ya Bakcell tətbiqində gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud rouminq paketləri və tarifləri ilə tanış ola, ehtiyaclarına uyğun paketi əvvəlcədən aktivləşdirə bilərlər. Bu isə mobil rabitə xərclərini əvvəlcədən planlaşdırmağa və səfər boyu ünsiyyətdə qalmağa imkan yaradır.
Rouminq xidmətləri və paketləri barədə ətraflı məlumatı şirkətin rəsmi saytı, Bakcell tətbiqi və Müştəri Xidmətləri mərkəzlərindən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












