“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR

İnnovasiya lideri “Bakcell” gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin “Spark@LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
“Spark@LANDAU” məktəbin 8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas istiqamətlərindən biri olan “Təhsildə süni intellekt” təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova “Spark @ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin, “Bakcell”in süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.
“Bakcell” süni intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə verir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












