Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan azarkeşlərinə təqdim edəcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona çıxacaqlar.
Avtosfer.az xəbər verir ki, 27 iyun tarixində Bakıda keçiriləcək UFC turnirinin maraqla gözlənilən qarşılaşmalarından birində Azərbaycanı təmsil edən Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas döyüşündə isə “Shara Bullet” ləqəbli Şara Maqomedov Mişel Pereyra ilə döyüşəcək.
Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. “Bakcell səni qələbəyə çağırır” mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti və qalibiyyət əzmini təşviq edir.
Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman təşkilatlarından biri hesab olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












