“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTO

İnnovasiya lideri “Bakcell” və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma görüşü keçirib.
Avtosfer.az xəbər verir ki, görüşdə universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin bu imkanlardan yararlanması nəzərdə tutulur.

Ad - 00:14
Bu təşəbbüs “Bakcell” və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və regionda gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.
Təqaüd proqramına müraciət etmək istəyən 18–29 yaş aralığında və İT sahəsi üzrə baza biliklərinə malik gənclər link vasitəsilə 1 mart tarixinədək qeydiyyatdan keçə bilərlər. Proqrama indiyədək 1600-dən çox müraciət daxil olub.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












