“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi

İnnovasiya lideri “Bakcell” və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb.
Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə yaradılan proqram böyük maraqla qarşılanıb. Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər yekun müsahibə mərhələsində iştirak edib və yekunda ən yüksək nəticə göstərən 25 nəfər proqramın qalibi seçilib.
Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi iştirakçıların real layihələr üzərində işləməsinə və gələcəyin peşələri üzrə praktiki təcrübə qazanmasına imkan yaradacaq.
Bakcell və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən təşəbbüs ölkədə innovasiya ekosisteminin inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və gənclərin texnologiya sahəsində potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, proqram çərçivəsində qarşıdakı müddətdə ümumilikdə 150 gəncin təqaüd imkanından yararlanması nəzərdə tutulur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












