“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verdi - FOTOLAR

İnnovasiya lideri “Bakcell” və “Peerstack Academy” gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən “The Tech Builders” layihəsinə start verib.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində “Peerstack Academy”də tələbələrlə görüş keçirilib. Tədbirdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib.
“Bakcell” olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. “Peerstack Academy” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “The Tech Builders” layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik”, – deyə Aysel Süleymanova bildirib.
Tələbələrlə görüşdə “Bakcell” əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və “Peerstack Academy” tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub.
“Bakcell”in tərəfdaşlığı ilə həyata keçirilən layihə nəticəsində “Peerstack Academy”də təhsil alan tələbələrin sayı artır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üçün 250 tələbənin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Təlim müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki bacarıqlar qazanır, real layihələr üzərində işləyərək portfoliolarını formalaşdırırlar.
“Peerstack Academy”nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.







Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












