“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

İnnovasiya və sürət lideri “Bakcell” dünyanın aparıcı taksi aqreqatorlarından biri olan “Uber” ilə əməkdaşlığını davam etdirir. “Uber” platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu "Bakcell”in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən faydalana biləcəklər.
Avtosfer.az xəbər verir ki, təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq.
“Bakcell” davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib.
Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












