“Bakcell”də hədiyyə mövsümü başladı

“Bakcell” abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib.
“Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə “Sea Breeze”də mənzildir.
Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərli hədiyyələr qazana bilərlər. “Sea Breeze”də mənzillə yanaşı, İstanbul istiqamətində gediş-dönüş aviabiletləri, “iPhone” modelləri, smart saatlar, qulaqlıqlar, planşetlər və televizorlar, həmçinin 20 GB-dək internet paketləri də hədiyyələr sırasındadır.
Hər iki standart çarx çevirməsindən sonra abunəçi üçün bir VIP Çarx aktivləşir. “Sea Breeze”də mənzil və sadalanan digər dəyərli hədiyyələr yalnız VIP Çarx vasitəsilə qazanılır. VIP Çarxdan istifadə etmək üçün abunəçilər Bakcell tətbiqinə daxil olaraq müvafiq bölməyə keçə və çarxı çevirə bilərlər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI












