"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR

"Bakcell"in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib.
Avtosfer.az xəbər verir ki, görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqlar barədə fikirlərini bölüşüb. O, həmçinin 35 ildən artıq beynəlxalq idarəetmə təcrübəsindən nümunələr gətirərək karyera inkişafı, liderlik və dəyişən biznes mühitində çevik düşüncənin əhəmiyyətindən danışıb.
“Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə uğurun əsas şərtlərindən biri daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər sabah yeni texnologiyaların və biznes modellərinin yaradılmasında mühüm rol oynayacaqlar. Biz Bakcell olaraq gənclərlə bilik və təcrübə paylaşımını, onların innovativ düşüncə və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyi vacib hesab edirik” , – deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bildirib.
Tədbirin sonunda tələbələr Qunnar Pankeyə karyera, liderlik, telekommunikasiya sektorunun gələcəyi və süni intellektin yaratdığı imkanlarla bağlı suallarını ünvanlayıblar.
ADA Universitetinin “Senior Talks” layihəsi müxtəlif sahələr üzrə yüksəksəviyyəli rəhbərləri və təcrübəli peşəkarları tələbələrlə bir araya gətirərək onların real biznes təcrübəsi, liderlik yanaşmaları və karyera inkişafı ilə bağlı biliklər əldə etməsinə imkan yaradır.
"Bakcell" haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
.jpg)
.jpg)
.jpg)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












