“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

30 may tarixində “Boolood” komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir Azərbaycanın innovasiya lideri “Bakcell”in dəstəyi ilə baş tutub.
Beləliklə, Bakı sakinləri və şəhərin qonaqları unikal fürsət əldə ediblər — gündüz İçərişəhərin dar küçələrində gəzərək əsrlərin tarixini hiss etmək, axşam isə müasir Bakının dinamik atmosferinə qoşulmaq imkanı qazanıblar.
Gecənin hedlaynerləri beynəlxalq səhnənin tanınmış artistləri olub. “Afro House” və “Melodic House” janrlarının yüksələn simalarından olan JUNO dərin ritmləri və emosional melodiyaları ilə çıxış edib. Tədbirdə həmçinin “melodic house” və “indie dance” səhnəsinin tanınmış prodüserlərindən biri olan LUCH səhnə alıb. Onun musiqiləri Keinemusik, Black Coffee, RÜFÜS DU SOL və Adriatique kimi dünya şöhrətli sənətçilər tərəfindən dəstəklənir.
Gecə ərzində Azərbaycanın tanınmış DJ-lərindən Ronfoller də çıxış edərək iştirakçılara unudulmaz musiqi təcrübəsi yaşadıb.
Bu dəfəki məkan 16 may tarixində keçirilmiş əvvəlki tədbirlə müqayisədə daha kiçik olsa da, tədbirə təxminən 8 min nəfər qatılıb. Marağın yüksək olması səbəbindən təşkilatçılar tədbirdən bir həftə əvvəl pulsuz GA zonası üçün qeydiyyatı dayandırıblar.
“Boolood” komandası artıq növbəti layihəsini də elan edib. Mərkəzi Nəbatat Bağında keçiriləcək tədbirin bu yayın ən böyük və ən çox müzakirə olunan hadisələrindən birinə çevriləcəyi gözlənilir.
Ətraflı məlumat almaq, pulsuz GA zonası üçün qeydiyyatdan keçmək və VIP zona biletlərini əldə etmək üçün bld.az saytına daxil olmaq mümkündür.
Qeyd edək ki, 30 may tarixində keçirilən boolood tədbirinin rəsmi tərəfdaşları “Bakcell”, “Coca-Cola” və Bir Bonus olub.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












