“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutdu - FOTO

“Bakcell”in innovasiya tərəfdaşlığı ilə təşkil olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb.
Avtosfer.az xəbər verir ki, tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.
Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri “Bakcell” tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs “Bakcell”in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.
“Bakcell” innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI












