Bakı Dəmiryol Vağzalında sağlamlıq imkanları məhdud uşaqların rəsmləri nümayiş olundu - VİDEO

Bakı Dəmiryol Vağzalında 3 dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rəsm sərgisi keçirilib.
Avtosfer.az xəbər verir ki, 1-3 dekabr tarixlərində baş tutan “Qarabağ rəngli dünyamızda” adlı rəsm sərgisində uşaq və gənc olmaqla 19 sağlamlıq imkanları məhdud şəxsin rəsmləri nümayiş olunub.
Sərgi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) təşkilatçılığı, eləcə də “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA) və “Bacarıqlı Əllər” İctimai Birliyinin birgə dəstəyi çərçivəsində baş tutub.
Ölkəmizdə bu qəbildən həssas kateqoriyaya aid şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər ildən-ilə güclənir, genişlənir. Eləcə də onların cəmiyyətə inteqrasiyası dövlət siyasətinin beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulub.
Sərginin təşkilində məqsəd də ADY-nin sosial məsuliyyət tədbirləri çərçivəsində fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, cəmiyyətin bu kateqoriyadan insanlara diqqət və qayğısının artırılmasına töhfə verməkdir.
Üç gün davam edən sərgidə 30 əl işi nümunəsinin vağzalda satışına şərait yaradılıb. Sərginin sonunda yaradıcı əməyin stimullaşdırılması məqsədilə iştirakçılara Cəmiyyət adından təşəkkürnamələr təqdim olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












