Bakı-Gəncə aviareysinin bərpası təklif edilib

“Nəyə görə Bakı-Gəncə aviareysi bərpa olunmur? Aviareyslərin bərpası 2023-cü ildə nəzərdə tutulubmu?”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, bu gün Bakıdan Gəncəyə bir qatar işləyir: “Qatarların sayını artıra bilərikmi? Biz turizmin inkişafından danışırıq. Ancaq şəxsi avtomobillərlə, köhnə avtobuslarla turistlərin daşınması heç də ürək asan deyil. Biz sivil daşımaları artırsaq, çox yaxşı olar”.
Deputat qeyd edib ki, beyin köçü ilə bağlı bütün dünyada ciddi işlər görülür: “Azərbaycanda gənc insanlar, savadlı alimlər fürsət tapan kimi ölkəni tərk edirlər. Xüsusi ilə informasiya texnologiyaları və tibbi sahəsində olan gənclərimiz lazımı işlər tapan bilməyəndə xaricə üz tuturlar. Mən təklif edirəm ki, ən azından gənc alimlərimizin mənzil şəraiti yaxşılaşdırılsın”.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












