Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq yanvar ayından etibarən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir ki, yanvardan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş verilə bilməzdi. Yəni minimum əməkhaqqı alan vətəndaşlar yanvar ayı üçün maaşlarını 16 faiz artımla almalı idilər.
Lakin əldə etdiyimiz məlumata görə, Bakı Metropolitenində işçilərin maaş artımı hələ də verilməyib.
Sözügedən qurumun mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir.
O qeyd edib ki, hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır:
"Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.
Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk".(oxu.az)
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












