Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reysləri hər gün həyata keçirilir və sərnişin tələbatına uyğun olaraq tənzimlənir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana gün ərzində saat 09:00, 19:00, 20:00 və 21:00-da olmaqla dörd reys həyata keçirilir.
"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı altıya çatdırılır. Şərurdan isə Bakıya reyslər saat 07:00, 14:30, 15:30, 16:30-da həyata keçirilir.
Sərnişinlər biletləri onlayn qaydada biletim.az portalından və avtovağzalların kassalarından əldə edə bilərlər", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyətinin dayandırıldığı haqda xəbərlər yayılmışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












