Bakı-Sumqayıt qatarlarında gediş haqqının kartla ödənişində niyə problem yaranıb? - Açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb. Bu sistemin nə zaman aktivləşdiriləcəyi isə qeyri müəyyən olaraq qalmaqdadır.
Qeyd edək ki, növbəti il üçün ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra bu xəbər yeni sistemin icrası ilə bağlı suallar yaradıb.
Maraqlıdır, növbəti ildən etibarən müxtəlif bank kartları ilə ictimai nəqliyyatda ödəniş etmək mümkün olacaqmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bu prosesin icrası üçün təkliflərin verildiyini deyib:
"Bu istiqamət üzrə əvvəlcədən təkliflərimizi vemişik. İctimai nəqliyyatda kartla ödəniş sisteminə keçid zəruridir. Biz öz daxili sistemimizi qurmalı, daha sonra növbəti mərhələlərə keçməliyik. Lakin ictimai nəqliyyatda ödəniş üsullarını fərqli formada da təşkil etmək mümkündür. Məsələn, metro üçün nəzərdə tutulan kartdan digər ictimai nəqliyyat növlərinin hamısında istifadə oluna bilər və s. “Mastercard”, "Apple Pay" kimi ödəniş üsulunun tətbiqi üçün isə bizdə baza sistemi yoxdur. Bu prosesin icrası üçün ölkədə kadr potensialı var. Sadəcə, bu məsələnin reallaşdırılması üçün hüquqi, fiziki şirkətin, təşkilatın təşəbbüs göstərməsi lazımdır”.
Ekspert sərnişindaşıma qiymətlərinin azala bilməsinin də mümkünlüyünü vurğulayıb:
“O cümlədən, yeni qatarların alınıb istifadəyə verilməsi də müzakirə mövzusu ola bilər. Yeni qatarlar, elektriklə çalışan digər nəqliyyat növlərinin olması sərnişindaşıma qiymətlərinin yarıya düşməsi ilə nəticələnər. Bu özlüyündə xidmət səviyyəsinin də yüksəlməsinə gətirib çıxarar”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












