Bakı və Minsk maşınqayırma sahəsində birgə layihələr HAZIRLAYIR

Bakı və Minsk qarşılıqlı faydalı şərtlərlə ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək, maşınqayırma sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir.
Bu məsələ Belarus baş nazirinin müavini İqor Petrişenkonun Bakıda apardığı danışıqlar zamanı müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlərlə daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində işləməklə bağlı razılığa gəliblər.
2023-cü ildə hökumət nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri, tərəflərin keçirdikləri beynəlxalq sərgi və biznes forumlarda iştirak, eləcə də hökumətlərarası komissiya səviyyəsində fəal əməkdaşlıq ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına kömək edəcək.
2021-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb, bu il də əsas mal mövqeləri üzrə ticarətdə artım müşahidə olunur.
“Həmçinin Azərbaycanda yeni kooperasiya layihələri də inkişaf etdirilməlidir. Tərəflər maşınqayırma sahəsində birgə layihələrin yaradılması üzərində işləməyi, xüsusilə Gəncə Avtomobil Zavodunun bazasında yığılan Belarus texnikasının nomenklaturasını genişləndirməyi planlaşdırırlar”, - deyə məlumatda vurğulanır. (İnterfaks-Azərbaycan)
fed.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












