Bakıda bir neçə mozaika bərpa edildi

Bakının bir sıra rayonlarında bəzi binaları və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində, o cümlədən Nərimanov rayonu, "Ulduz" metro stansiyasının yaxınlığında yerləşən keçmiş Bakı Şin Zavodunun fasadını bəzəyən nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə genişmiqyaslı işlər həyata keçirilib.
Artıq Bakının bir neçə məkanında - Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zuğulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub. Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.
Beləliklə, mozaika şəhərimizin canlı bədii elementi kimi keçmişlə gələcəyin, sənətlə gündəlik həyatın, sənaye tarixi ilə müasir ekoloji şəhərsalmanın arasında körpü rolunu oynayır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












