Bakıda bu küçələrə niyə dayanacaq quraşdırmaq olmur? - BNA rəsmisi AÇIQLADI

Xəbərlər 8 Dekabr 2022 19:00 Oxunub 1880
Bakıda bu küçələrə niyə dayanacaq quraşdırmaq olmur? - BNA rəsmisi AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın bəzi küçə və prospektlərində dayanacaq yoxdur. Əhali xüsusən də qış aylarında çətinlik çəkir, ağacların altında və ya mağazalarda gözləməli olur.
Bəs bu növzuda monitorinq aparılırmı?


Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab verən, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakıda bəzi yerlər var ki, biz ora dayanacaq pavilyonu quraşdırmaq istəyirik. “Sadəcə həmin ərazilərdəki səkilərin vəziyyəti, diametri, bəzi yerlərdə hətta səkinin olmaması dayanacaq pavilyonunun qoyulması imkanını məhdudlaşdırır, mümkünsüz edir. Məhz buna görə də, dayanacaq pavilyonu quraşdıra bilmirik. Məsələn, Ziya Bünyadov, Tibilisi, Qara Qarayev prospekti, Əhmədli və şəhərin mərkəzində bir çox yerlər var ki, səkinin ölçülərinə, parametrlərinə görə dayanacaq pavilyonu qoymaq mümkünsüzdür. Şəhər kənarında bir çox yerlərdə vətəndaşlardan da müraciət daxil olub ki, dayanacaq pavilyonu quraşdırılsın. Lakin təəssüf ki, həmin yerlərdə ümumiyyətlə səkinin olmaması və yaxud da yararsız vəziyyətdə olması bu işi çətinləşdirir.Onların uyğun vəziyyətə gətirilməsi üçün müvafiq qurumlara tərəfimizdən müraciətlər olub. İndi biz gözləyirik ki, həmin yerlərdə səkilər düzəldilsin və sonra ərazilərə dayanacaq pavilyonu quraşdıraq. Ən son isə Binəqədi, Hövsan qəsəbəsi, Qaraçuxur istiqamətində səkilər düzəldiləndən sonra bu cür dayanacaq pavilyonları quraşdırılıb. Təbii ki, bu şəhər mərkəzindən kənar olan problemlərdir.” 
Mais Ağayev bildirib ki, Zərifə Əliyeva küçəsi kimi elə yerlər var ki, orada pavilyonu qoymaq olmur. “Pavilyon qoyduqda isə artıq piyadalar rahat hərəkət edə bilməyəcək. Piyada məcburdur ki, dayanacağın yanına gələndə çıxsın yolun hərəkət hissəsinə yenidən bir də qayıtsın səkiyə. Səkilərin parametri dayanacaq pavilyonu quraşdırmağa imkan vermir. Qeyd etdiyim kimi şəhər mərkəzində belə yerlər çoxdur. Hansı ki, səkilər dardır və orada dayanacaq pavilyonu qoyulmasına imkan vermir”.

Nəzrin Sailqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh