Bakıda elə şeylər edilib ki… – Abutalıbovun ağlasığmaz qərarı üzə çıxdı

Yağan yağışdan sonra paytaxt yollarında nəqliyyatın hərəkəti bərbad vəziyyətə düşür. Bu da vətəndaşların narazılığına səbəb olur. Bildirilir ki, belə havalarda Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin sıxlığı, bəzilərində isə tıxac müşahidə edilir.
Yağış zamanı yollarda hərəkət niyə iflic olur?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, vaxtilə yol infrastrukturu düzgün qurulmayıb.
O bildirib ki, yollardakı yağış barmaqlıqlarını təmir zamanı ləğv ediblər:
“Bəlkə də, layihədə dəmir barmaqlıqlarının təmir edilməsi nəzərdə tutulub, amma konkret olaraq Hacıbala Abutalıbovun dövründə onlar yığışdırıldı. Sabiq Bakı meri, deyəsən, dəmir düşməni idi. Ondan sonra gələn digər icra başçıları da rayondaxili yollarda bunu etdilər. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) oxşar addımlar atdı. Nəticədə bu gün yolda yığılan su axıb getmir”.
Ekspert bildirib ki, metal yığanlar bir çox yerdə qalan yağış barmaqlıqını oğurlayır:
“Düzdür, polis onları cəzalandırır. Lakin axşam saatlarında, qaranlıq küçələrdə yenə eyni davranışlara yol verilir. Yağış barmaqlığının yerini zir-zibil tutur. Qanunvericiliyimizə görə, yağış kanalizasiya sularına qarışmamalı, onun ayrı xətti olmalıdır. Görünür, bu sistemi nə vaxtsa dağıdıblar, indi də qura bilmirlər”.(global.info)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












