Bakıda evdən 17 min manatlıq oğurluq edildi

Bakıda evdən 17 min manatlıq oğurluq edən şəxsləri polis saxlayıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












