Bakıda ictimai nəqliyyatda cibgirlik edən 3 qardaş tutuldu - VİDEO

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər.
Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.
Qeyd edilib ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT











